Kərimi «18-liyə» düşmədi, hakimin başı yarıldı

Kərimi «18-liyə» düşmədi, hakimin başı yarıldı
Türkiyənin PTT 1-ci liqasında II oyunları keçirilib. Fanat.az xəbər verir ki, futbolçu Davud Kəriminin çıxış etdiyi «Fethiyespor» klubu da növbəti matçına çıxıb.
 
Həmyerlimizin komandası evdə «Balıkesirspor»la qarşılaşıb. Lakin bu oyun başa çatmayıb. Qonaqların 67 dəqiqə ərzində 4 qol vurduğu qarşılaşma yarıda dayandırılıb. Buna səbəb meydana atılan kənar əşyanın hakimin başına dəyməsi olub. 
 
Qeyd edək ki, Davud bu oyunda «18-liy»ə belə düşməyib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər