Bakı “İnter”in sabiq baş məşqçisi, hazırda Gürcüstan milli komandasını çalışdıran Kaxaber Tsxadadzeyə hərbi çağırış vərəqəsi gəlib. Fanat.az xəbər verir ki, bu barədə “Sovetskiy Sport” məlumat yayıb.
Məlumatda bildirilir ki, 47 yaşlı mütəxəssis Rusiya Silahlı Qüvvələri tərəfindən orduya çağırılıb. Çağırış vərəqəsi Tsxadadzenin 2000-ci ildə Rusiyada yaşadığı evə göndərilib.
Çağırış vərəqəsində onun Rusiyaya getməli və hərbi qeydiyyat məlumatlarını dəqiqləşdirməli olduğu bildirilir.
Qeyd edək ki, Gürcüstan millisi oktyabrın 8-də Cəbəllütariq yığması ilə qarşılaşacaq.

Fanat.az