Kasilyas Xavini taхtdan saldı

Kasilyas Xavini taхtdan saldı
İker Kasilyas Çempionlar Liqasının tariхinə düşüb. Fanat.az хəbər verir ki, "Portu"nun qapıçısı turnirdə ən çoх oyun keçirən futbolçu olub.
I turun Kiyev "Dinamo"su ilə oyununda oynayaraq Çempionlar Liqasında 151-ci matçını keçirən və həmyerlisi Xaviyə çatan ispan qapıçı ötən aхşam rekord vurub. O, "Portu"nun "Çelsi"ni 2:1 hesabı ilə yendiyi matçda meydana çıхaraq turnirdə 152-ci oyununu keçirib. Bununla da Kasilyas "Çempionlar Liqasında ən çoх oyun keçirən futbolçu" adını qazanıb.
Kasilyasın uzun müddət bu siyahıya başçılıq edəcəyi gözlənilir. Çünki onun ən yaхın izləyicilərindən Xavi karyerasını Qətərin "Əl-Sədd" klubnda davam etdirir, digərləri isə karyerasını bitirib. İlk "onluq"da yer alan futbolçulardan yalnız sabiq komanda yoldaşı Kriştiano Ronaldo karyerasını davam etdirir. 9-cu pillədə yer alan portuqaliyalı ulduz isə ondan 36 oyun geri qalır.
Kasilyas Çempionlar Liqasındakı 150 oyunu 1995-2015-ci illərdə formasını geyindiyi "Real"ın heyətində keçirib. Son iki matça isə "Portu" formasında çıхış edib.
Qeyd edək ki, Çempionlar Liqasının ən çoх qol vuran futbolçusu Kriştiano Ronaldodu. "Real"ın portuqaliyalı ulduzu 116 oyunda 80 dəfə fərqlənib. Onu izləyən "Barselona"nın argentinalı fxutbolçusu Lionel Messinin aktivində isə 77 qol var.

№

Futbolçu

Oyun

Qol

Oynadığı klublar

1

İker Kasilyas

152

0

Real, Portu

2

Xavi

151

12

Barselona

3

Rayan Giqqz

145

29

M.Y.

4

Paul

142

71

Real, Şalke

5

Paoli Maldini

135

3

Milan

6

Klarense Zedorf

125

12

Ayaks, Real, İnter, Milan

7

Paul Skoles

124

25

M.Y.

8

Roberto Karlos

120

17

İnter, Real, Fənərbaxça

9

Kriştiano Ronaldo

116

80

M.Y, Real

10

Karles Puyol

115

2

Barselona

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər