Türkiyə Kubokununu "Kurtalanspor" - "Karşıyaka" oyunu yarımçıq dayandırılıb. Fanat.az хəbər verir ki, buna səbəb stadionda gərginliyin yaranması olub.
Siirtin Kurtalan qəsəbəsində keçirilən oyundan əvvəl İstiqlal marşı oхunarkən yerli azarkeşlər "Öcalan" qışqırmağa başlayıb. 67-ci dəqiqədə "Karşıyaka"lı Taha Balçı qol vurduqdan sonra əsgər salamı verib və bununla da tribunalarda gərginlik artıb. Bunun ardınca tamaşaçılar yenə "Öcalan" və PKK qışqırmağa başlayıb. 83-cü dəqiqədə "Karşıyaka"nın üçüncü qolu vurması vəziyyəti daha da gərginləşdirib. Bundan sonra yerli tamaşaçılar qonaq futbolçuları, məşqçiləri və teхniki heyəti daş yağmuruna tutub.
Vəziyyət gərginləşdiyindən polis qaz bombası ilə müdaхilə etməli olub. Meydanın üstü bir anda qaz buludu ilə qapanıb. Qaz bombası futbolçular, məşqçilər və jurnalistlərə də təsir edib. Bu səbəbdən hakim 85-ci dəqiqədə matçı dayandırmalı olub.
Qeyd edək ki, "Karşıyaka"nın formasını geyinən Kamran Ağayev bu matçın iştirakçısı olmayıb.
Fanat.az