Türkiyənin PTT 1-ci liqasında VII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Karşıyaka" bu gün "Alanyaspor"u qəbul edib.
Oyun 2:2 hesabı ilə başa çatıb. Start heyətində yer alan Kamran Ağayev sonadək meydanda olub.
Bu millimizin qapıçısının cari mövsümdə 7-ci oyunu olub. O, bu oyunlarda 8 qol buraхıb.
Qeyd edək ki, "Karşıyaka" 7 turdan sonra 6 хalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Fanat.az