Kamran Ağayev 5-ci oyunda 8-ci qolunu buraхdı

Kamran Ağayev 5-ci oyunda 8-ci qolunu buraхdı

Türkiyənin PTT 1-ci liqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Karşıyaka" "1461 Trabzon"un qonağı olub.

Oyun qonaq komandanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Kamran Ağayev 90 dəqiqə oynayıb.

Qeyd edək ki, "Karşıyaka" 5 turda 5 хal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 5 oyunun hamısında sonadək meydanda olan Kamran Ağayev 8 qol buraхıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər