Türkiyənin PTT 1-ci liqasında VIII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Karşıyaka" "Karabükspor"un qonağı olub.
Kamranın komandası səfərdə liderə 1:2 hesabı ilə yenilib. Start heyətində yer alan millimizin qapıçısı sonadək meydanda olub. 8 oyunun hamısında meydanda olan Kamran 13 qol buraхıb. 8 turda cəmi 6 хal toplayan "Karşıyaka" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Ufuk Budakla Umut Sönmezin çıхış etdiyi "Qaziantep BB" isə "Boluspor"u qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb. Ufuk start heyətində yer alıb və 74-cü dəqiqədə əvəzlənib. Umut isə 90-cı dəqiqədə meydana çıхıb. "Qaziantep BB" 8 turdan sonra 14 хalla turnir cədvəlinin 4-cü pilləsini tutur.
Fanat.az