İranın Yüksək Liqasının "Perspolis" klubunun kapitanı Hadi Noruzi gecə saatlarında ürək tutmasından vəfat edib. Fanat.az xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Xəbərə görə, 30 yaşlı futbolçu gecə saatlarında yatağında ürək tutması keçirib. Onu xəstəxanaya aparıblar. Həkimlərin səylərinə baxmayaraq, futbolçunu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Yüksək liqanın 7-ci turundan sonra "Perspolis" klubu 7 xalla 11-ci yerdədir. Təbrizin "Traktorsazi" klubu isə o qədər xalla turnir cədvəlində 10-cu yerdədir. //"Report"
Fanat.az