Çingiz Abdullayev: "Adam gərək birinci öz cibini fikirləşməsin"

Çingiz Abdullayev: "Adam gərək birinci öz cibini fikirləşməsin"

"Adam gərək birinci növbədə öz cibini fikirləşməsin”. Fanat.az xəbər verir ki, bu sözləri I Avropa Oyunları ilə bağlı danışan xalq yazıçısı Çingiz Abdullayev deyib.

Axar.az-a danışan "Neftçi"nin Müşahidə Şurasının sədri bunları deyib: "Azərbaycanın təbliğatı, mövqeyini dünyaya tanıtmaq üçün Avropa oyunlarının ölkəmizdə keçirilməsi çox vacibdi. Adımızı, mədəniyyətimizi, tariximizi dünyaya daha da tanıtmaq üçün bundan yaxşı fürsət ola bilməz. Bu oyunlar bizə çox lazımdı. Düzdü, bəzi adamlar bunun əhəmiyyətini başa düşmürlər, narazılıq edirlər, ya da başa düşürlər, qəsdən deyirlər ki, keçirmək lazım deyil. Amma adam gərək birinci növbədə öz qarnını, cibini fikirləşməsin, xalqını fikirləşsin".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər