İbrahim Uzunca: "...uğura çatacağımıza inanırdım"

İbrahim Uzunca: "...uğura çatacağımıza inanırdım"
İbrahim Uzunca "Xəzər Lənkəran"la oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Bakı”nın baş məşqçisi futbolçulara təşəkkür edib: 
"Qələbəyə ehtiyacımız vardı. Ardıcıl oyunlarda uğursuzluğa düçar olurduq. Amma biz komandaya, futbolçulara inandıq. Çətin oyunlardan sonra futbolçularımın nə vaxtsa qələbə qazanacağı gözlənilən idi. Xüsusən də, son 3 oyunda sərgilədiyimiz futbolla uğura çatacağımıza inanırdım. Meydançada 10 nəfər qalandan sonra müəyyən mənada çətinliklərimiz oldu. Amma sonda qalib gələ bildik. Qələbəyə görə oyunçularıma təşəkkür edirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər