Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I divizionun IV turunda, həminin I turdan təxirə salınmış oyunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
* MOİK - “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
* “Şəmkir” – “Ağsu” matçının 70-ci dəqiqəsində “Ağsu” klubunun inzibatçısı Ənvər Hacıyev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
* “Turan-Tovuz” – “Bakılı” matçında “Bakılı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
* “Qaradağ Lökbatan” - “Bakı” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
* I turun təxirə salınmış “Ağsu” – “Zaqatala” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
- Oyunun 16-cı dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Elçin Süleymanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
Qaynar.info