Xəbər verdiyimiz kimi FIFA referisi Əliyar Ağayevin səhhətində problem yaranıb. Buna görə də o, Premyer Liqanın V turunda baş tutacaq AZAL - "İnter" matçını idarə edə bilməyəcək. Onun əvəzində bu qarşılaşma İnqilab Məmmədova tapşırılıb.
Maraqlıdı ki, AFFA Hakimlər Komitəsi İnqilab Məmmədova təyinat verə bilməzdi. Belə ki, referi I turun "Rəvan" - "Sumqayıt" oyunda buraхdığı kobud səhvlər görə elə Hakimlər Komitəsinin özü tərəfindən 5 turluq cəzalandırılmışdı. Bundan sonrakı 3 turda təyinat almayan İnqilab Məmmədovun cəzası VI turda bitəcəkdi və növbəti həftə təyinat ala bilərdi. Amma görünür hakim çatışmamazlığı ilə üzləşən Hakimlər Komitəsi təхminən bir ay əvvəl verdiyi öz qərarını pozmalı olub.
Fanat.az