Hakimi söyənə 4, azarkeşi söyənə 3 oyunluq cəza

Hakimi söyənə 4, azarkeşi söyənə 3 oyunluq cəza
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I divizionun V turunnda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
* “Neftçala” - “Şərurspor” matçında “Şərurspor” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
* “Göyəzən” - MOİK matçında MOİK klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 90+3-cü dəqiqəsində MOİK klubunun futbolçusu Azər Həbibov azərkeşləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
* “Şahdağ” - “Turan T” matçının 35-ci dəqiqəsində “Şahdağ” klubunun futbolçusu İqrar Səmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
* “Energetik” - “Zaqatala” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 44-cü dəqiqəsində “Energetik” klubunun futbolçusu Ruslan Həmidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.
* “Bakı” - “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. 
- Oyunun 5–ci dəqiqəsində “Bakı” klubunun futbolçusu Yusup Xakimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur .
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər