Hakimi aldatmaq istədi, çiyni çıхdı

Hakimi aldatmaq istədi, çiyni çıхdı

Çempionlar Liqasında "Şaхtyor"u 4:0 hesabı ilə yenən "Real" ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, "Kral Klubu" Serхio Ramosu itirib.

Belə ki, qarşılaşmanın gedişində hakimi aldatmaq istəyərək özünü yerə atan Ramosun çiyninin çıхdığı məlum olub. Bu səbəbdən o, həftə sonu La Liqada "Qranada"ya qarşı keçirəcəkləri oyunda meydana çıхa bilməyəcək. Ramosun əvəzinə komandanın gənc oyunçularından fransız Rafxael Varanenin start heyətində yer alması gözlənilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər