AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Fanat.az хəbər verir ki, bu gecə qitə arenalarında 8 qarşılaşma baş tutub.
D qrupunda Kaхaber Tsхadadzenin başçılıq etdiyi Gürcüstan Şotlandiyanı qəbul edib və 1:0 hesablı qələbə qazanıb. Almaniya yığması evdə lider Polşanı 3:1 hesabı ilə yenərək birinci pilləni ələ keçirib. İrlandiya isə səfərdə Cəbəllütariq 4:0 hesabı ilə qalib gəlib.
F qrupunda lider Rumıniya Macarıstanla "süljh" bağlayıb - 0:0.Bundan istifadə edən Şimali İrlandiya səfərdə Farer adalarına 3:1 hesabı ilə qalib gələrək ilk pilləyə yüksəlib. Son pillədə qərarlaşan Yunanıstan isə doğma meydanda Finlandiyaya 0:1 hesabı ilə uduzub.
J qrupunda Ermənistan Serbiyanın qonağı olub və məğlubiyyətə üzülüb - 0:2. Albaniya isə səfərdə Danimarka ilə "sülh"ə razılaşıb - 0:0.
AVRO-2016
Seçmə mərhələ
4 sentyabr
D qrupu
Gürcüstan - Şotlandiya 1:0
Qol: Valeri Kazaişvili, 38.
Almaniya - Polşa 3:1
Qollar: Tomas Müller, 12. Mario Götze, 19; 82 - Robert Levandovski, 37.
Cəbəllütariq - İrnaldiya 0:4
Qollar: Kirus Kriste, 27. Robbi Kin, 49; 51-pen. Şane Lonq, 79.
| |