Ötən həftə Fanat.az-da yayımlanan "Məmmədov Müşahidə Surasını “baqaj”a qoydu" başlıqlı yazı ilə bağlı "Neftçi" tərəfinin münasibətini öyrənmək istəyərkən məlum olumuşdu ki, klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məzuniyyətdədi.
Amma bu məqam bizə şübhəli görünmüşdü və müəyyən araşdırmalar aparmaq qərarına gəldik. Bu gün gün məlum oldu ki, Gündüz Abbaszadə məzuniyyətdə deyil. Belə ki, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri artıq istefa verib. Bunun səbəbləri barədə hələlik açıqlama verilmir.
Fanat.az