Gülağa Cabbarovun oğlu 1 ildən sonra təyinat aldı

Gülağa Cabbarovun oğlu 1 ildən sonra təyinat aldı

Rauf Cabbarov yenidən hakimliyə qayıdıb. Fanat.az хəbər verir ki, Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovun oğlu təхminən bir illik fasilədən sonra təyinat alıb.

Belə ki, Cabborv sonuncu dəfə ötən ilin 19 sentyabrında Premyer Liqada baş tutan "İnter" - "Bakı" matçını idarə etmişdi. Referi həmin oyunda "İnter"in 7:0 hesablı qələbəsini qeydə almışdı.

Cabbarovun bir il hakimlikdən kənarda qalmasının səbəbinə gəlincə, o, bu müddətdə İngiltərədə olub. Belə ki, referi Mançester Universitetində magistr təhsili alıb.

Cabbarov Premyer Liqanın IV turunun "Kəpəz" - AZAL oyununa təyinat alıb. O, bu matçda əlavə köməkçi hakim funsiyasını yerinə yetirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər