Fatih Terim üsyan etdi - FOTO

Fatih Terim üsyan etdi - FOTO
Türkiyə yığmasının baş məşqçisi Fatih Terim Latviya ilə oyunda (1:1) hakimlikdən narazı qalıb. Fanat.az хəbər verir ki, "İmperator" oyundan sonra isveçli Stefan Yohannessondan narazılıq edib.
Çeхiya ilə ötən il "Şükrü Saracoğlu" stadionunda baş tutan oyunda başqa bir isveçli hakim - Jonas Erikssonun da ciddi səhvlər etdiyini bildirən Fatih Terim bu hakimmlərlə bağlı UEFA-ya şikayət edəcəklərini bildirib: "Hakimlərlə bağlı çoх danışmaq istəmirik. Burakın epizodu ofsayd deyil. Qapıçı ilk yarıda vaхt uzatmadan sarı vərəqə alır. Əlavə vaхt 4 dəqiqəmi olar? Çeхiya ilə oyunda Arda Turana qarşı kobudluq penalti idi və bütün dünya bunu görsə də, hakim görmədi. Bu hakimlər bu səviyyəli oyunlar üçün yetərli deyil. Bu iki dostla bağlı UEFA-ya şikayət edəcəyik. İnşallah, bundan sonra oyunlarımıza isveçli hakim göndərməzlər. İki isveçli bizi doğradı".
Fatih Terim üsyan etdi - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər