Farizdən möhtəşəm döyüş: 2-ci raunnda nokaut

Farizdən möhtəşəm döyüş: 2-ci raunnda nokaut

Azərbaycanı və “Qəbələ” İdman Klubunu (İK) peşəkar boksda təmsil edən Fariz Məmmədov növbəti döyüşünü keçirib. Fanat.az xəbər verir ki, 35 yaşlı idmançımız Avropa Azərbaycan Cəmiyyəti, Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyada Azərbaycan diasporunun dəstəyi ilə təşkil olunan möhtəşəm boks gecəsində rinqə çıxıb. 

Bu döyüş Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş yarış çərçivəsində baş tutub. Mayın 2-də Almaniyada keçirilən döyüşdə Məmmədovun rəqibi belaruslu Andrey Abramenko olub. Qarşılaşma reytinq xarakteri daşıyıb. 

Bunadək çıxdığı 29 döyüşdə 20 qələbəsi, 2 heç-heçəsi, 7 məğlubiyyəti olan rəqiblə döyüşün 10 raund davam etməsi nəzərdə tutulsa da, idmançımız görüşün taleyini vaxtından əvvəl həll edib. Belə ki, Məmmədov 2-ci raundda qalib gəlib. O, buna rəqibini nokauta göndərməklə nail olub.

Farizdən möhtəşəm döyüş: 2-ci raunnda nokaut

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər