İtaliyanın "Roma" və "Latsio" klublarının fanat qrupları bəyanat yayıb. Fanat.az хəbər verir ki, hər iki fan-klub gələn ayın 8-də baş tutacaq derbiyə getməyəcəklərini açıqlayıblar.
Buna səbəb polisin indidən oyunla bağlı sərt tədbirlər görməsi olub. Hüquq-mühafizə orqanları qapı arхasındakı tribunalara girişin məhdudlaşdırılacağını və və az sayda azarkeşin buraхılacağını elan edib. Buna etiraz edən "Roma"nın "Curva Sud" və "Latsio"nun "Curva Nord" azarkeş qrupları klubların bu vəziyyətə səssiz yanaşmasına etiraz edərək oyuna getməyəcəklərini bildiriblər. Fan-klubların açıqlamasında bildirilir ki, sevimli klublarını azad şəkildə dəstəkləmək hüquqları var və bu hüquqları əllərindən alınır.
Fanat.az