Latviya 1-ci liqasında 24-cü turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun şərəfini qoruduğu "1625 Liepaya" "Valmieras"ı qəbul edib.
Oyun 2:2 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Vüqar bu görüşün 5-ci dəqiqəsində hesabı açıb. O, 90-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu, Əsgərovun yayda keçdiyi "1625 Liepaya" klubunda artıq 14-cü qoludu. Onun komandası isə 50 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.
Fanat.az