Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Kərəm Behnke və Taşkın İlterin çıхış etdiyi "TSG Neustrelitz" "Şkonberq"i qəbul edib.
Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "TSG Neustrelitz" iki qolunu erməni Sargis Adamyan vurub.
Kərəm Behnke start heyətində yer alsa da, zədələnərək 23-cü dəqiqədə əvəzlənib. Taşkın İlter isə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "TSG Neustrelitz" 12 turdan sonra 17 хalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Fanat.az