Emin Quliyev istefaya göndərildi

Emin Quliyev istefaya göndərildi

Topaz Premyer Liqasında növbəti baş məşqçi istefası reallaşıb. Fanat.az хəbər verir ki, Emin Quliyev "Rəvan"dan ayrılıb.

Klub rəhbərliyi onun istefası ilə bağlı qərar qəbul edib. Ötən gün "Kəpəz"i qəbul edən və 0:2 hesabı ilə yenilən "Rəvan" 8 turdan sonra 2 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb. Emin Quliyev məhz bu səbəbdən istefaya göndərilib.

Qeyd edək ki, Topaz Premyer Liqasında mövsümün ikinci istefası olub. Bundan əvvəl "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov istefa vermişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər