Bu gün Rusiya Kubokunun 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, milli komandamızın sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu "Volqa" evdə meydana çıxacaq.
Tver təmsilçisi Rusiya çempionu "Zenit"i qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.
Qeyd edək ki, 42 yaşlı azərbaycanlı mütəxəssisin baş məşqçisi olduğu "Volqa" hazırda Rusiya çempionatının II divizionunda çıxış edir.
Fanat.az