Elnuru meydandan qovan hakim "Rəvan"ın oyununda

Elnuru meydandan qovan hakim "Rəvan"ın oyununda
UEFA Gənclər Liqasının qarşılaşmalarını idarə edəcək hakimlərin adları açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA 19 komandaları arasında Azərbaycan çempionu “Rəvan”ın Moskvada Rusiya “Spartak”ı ilə qarşılaşmasını estoniyalı ədalət təmsilçilərinə tapşırıb.
Oyunu Eyko Saar idarə edəcək. Ona Silver Koiv və Aron Halsinq yardım edəcək. Dördüncü hakim funksiyasını rus Yevgeni Turbin yerinə yetirəcək. Matçın UEFA nümayəndəsi Yevgeni Tratsyuk (Belarus), hakim-inspektoru Erol Ersoy (Türkiyə) olacaq.
Eyko Saar Azərbaycan azarkeşlərinə yaхşı tanışdı. Belə ki, o, 2013-cü ildə Avropa Liqasının “Slima” (Malta) - “Xəzər Lənkəran” oyununu idarə edib. 1:1 hesabı ilə başa çatan qarşılaşmada Elnur Allahverdiyevi meydandan qovan referi "Xəzər Lənkəran"dan Alvaro Silva və Marsin Orsuliçə sarı vərəqə göstərmişdi. O, həmçinin 2009-cu ildə keçirilən Avropa Liqasının "Bazel" (İsveçrə) - "Bakı" matçının (5:1) dördüncü hakimi olub.
Qeyd edək ki, "Rəvan" - "Spartak" oyunu sentyabrın 30-da Moskvadakı “Spartak” stadionunun 4-cü meydançasında baş tutacaq və Bakı vaхtı ilə saat 17.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər