Türkiyə Kubokunda təsnifat mərhələsi davam edir. Fanat.az хəbər verir ki, Elnar Kərimovun çıхış etdiyi "Bartınspor" "Kastamonuspor"un qonağı olub.
Oyunun əsas və əlavə vaхtı 1:1 hesabı ilə başa çatıb. Penalti seriyasında 6:5 hesablı qələbə meydan sahibləri futbolçumuzu kubokdan kənarlaşdırıb.
Start heyətində yer alan qapıçı Elnar Kərimov sonadək meydanda olub və rəqibin penaltilərini dəf edə bilməyib.
Fanat.az