"Rəvan" daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, paytaxt klubu bir həftə baxışda olan özbəkistanlı Əlibaba Rəhmətullayevlə müqavilə bağlamağı məqsədəuyğun sayıb.
Azad agent statusu daşıyan 24 yaşlı yarımmüdafiəçi 1,5 illik sözləşməyə imza atıb.
Qeyd edək ki, Özbəkistan millisinin heyətindən 1 oyun keçirən Əlibaba "Rəvan”da 10 nömrəli forma ilə çıxış edəcək.
Fanat.az