Əfran İsmayılovun yubiley matçı

Əfran İsmayılovun yubiley matçı

Topaz Premyer Liqasının III turu Azərbaycan millisinin və "Qarabağ”ın futbolçusu Əfran İsmayılov üçün yubileylə diqqət çəkib. 

Fanat.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ölkə çempionatında 150-ci matçına çıxıb. 

AZAL-la səfər qarşılaşmasında 150-yə çatan futbolçu Premyer Liqada 2006/07 mövsümündə debüt edib. Həmin vaxt da "Qarabağ”ın formasını geyinən İsmayılov karyerası ərzində "Turan”, "Bakı”, "Xəzər Lənkəran” və "İnter”in də şərəfini qoruyub.

Qeyd edək ki, Əfran Premyer Liqada 150 oyunda 27 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər