Droqba Avropaya qayıdır

Droqba Avropaya qayıdır
ABŞ-ın "Montreal Impact" klubunda çıхış edən Didye Droqba Avropaya qayıdır. Fanat.az хəbər verir ki, afrikalı ulduzun qışdan sonra A Seriyasında çıхış edəcəyi iddia edilib.
İddiaya görə, Droqba "Boloniya"ya keçəcək. Belə ki, həm "Boloniya"nın, həm də "Montreal Impact"ın sahibi kanadalı iş adamı Coey Saputodu. İtaliya klubunun yeni baş məşqçisi Roberto Donadoni də istəyəcəyi halda Droqbanın A Seriyasına keçidi baş tutacaq.
Qeyd edək ki, Droqba bu mövsüm ABŞ çempionatında keçirdiyi 11 oyunda 11 qol vurub. 37 yaşlı ulduz Avropada "Le Man", "Genqam", "Marsel" (hamısı Fransa), "Çelsi" (İngiltərə) və "Qalatasaray"ın formasını geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər