Dododan tarixi qol

Dododan tarixi qol
Avropa Liqasının qrup mərhələsinin ikinci oyununda "Krasnodar"ın qonağı olan "Qəbələ" ilk hissədə hesabda geri düşsə də, ikinci 45 dəqiqənin tamamında cavab qolunu vura bilib. Fanat.az xəbər verir ki, Luis Hilario Dodo 50-ci dəqiqədə rusların qapısına yol tapıb. 
Braziliyalının qolu Azərbaycan futbolunun tarixinə düşüb. Belə ki, bu, avrokuboklarda Rusiya klublararına vurduğumuz ilk qol olub.
Buna qədər "Neftçi"nin Moskva ÇSKA-sı görüşləri 0:0 və 0:2 hesabı ilə yekunlaşmış, "Rubin"ə isə hər iki oyunda 0:1 hesabıyla uduzmuşdu.
Qeyd edək ki, oyun "Krasnodar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər