Dodo: "150-200 faiz güc sərf edəcəm"

Dodo: "150-200 faiz güc sərf edəcəm"
"Mən bütün oyunlarda var gücümlə mübarizə aparmışam. Sabah PAOK-la oyunda da siz Dodonun 150-200 faiz güc sərf etdiyini görəcəksiniz". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Dodo deyib.
PAOK-la oyundan əvvəl keçirilən mətbuat konfransına qatılan braziliyalı bunları bildirib: "Komanda şəklində qələbə üçün mübarizə aparacağam. Həyatım boyu bu şansı gözləyirdim ki, qrup mərhələsində oynayım. Həyatımda çoxlu çətinliklərlə üzləşmişəm. Ona görə də çətinliklərdən qorxmuram. İstərdim ki, sabah tək mənim yox, komanda şəklində fərqlənək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər