Almaniya II Bundesliqasında X turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" "Frayburq"u qəbul edib.
Futbolçumuzun komandası liderdən bir xal alıb - 1:1. Nəticədə 5:0 hesablı qələbə qazanmış "Bohum" top fərqi ilə liderliyi ələ alıb.
Dmitri Nazarov meydana start heyətində çıxıb. Millimizin üzvü Start 81-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" 10 turdan sonra 9 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Fanat.az