“Dahi oyunçu və dahi qolçu arasında böyük fərq var" - Yohan Kroyf

“Dahi oyunçu və dahi qolçu arasında böyük fərq var" - Yohan Kroyf

Əfsanəvi futbolçu Yohan Kroyf “bu il Ballon d`Or mükafatını kim almalıdır?” sualını cavablandırıb.

Fanat.az İspaniya mətbuatına istinadən xəbər very ki, Kroyf öncə Messi-Ronaldo müqayisəsinə münasibət bildirib: “Dahi oyunçu və dahi qolçu arasında böyük fərq var. Messi oynadığı komandasını daha yaxşı edir, həmçinin də qollar vurur. Leo əlbəttə, daha üstündür. Şübhəsiz, Ballon d`Or Messi`nin olmalıdır. Əgər sizlər fikirləşirsiniz ki, Messi Qızıl Topu qazanmayacaq, siz futbolu anlamırsınız. Mənim üçün hələ də qəribə gəlir ki, Messinin ən yaxşı olmadığını söyləyən insanlar var”.

Kroyf sonra bunları deyib: “Mən kiçik və texnikası yüksək oyunçuları üstün tuturam, çünki özüm də belə olmuşam. Kristiano Ronaldo böyük oyunçudur və qolçudur. O, heç zaman oyunu yaradan və ya öz komandasının oyununu ələ alan oyunçu olmayacaq. O, bütün hücumun və hərəkətlərin sonundadır, hər şeyi o, bitirir. Ronaldo böyük oyunçudur. Messi isə daha çox kollektiv oyununu oynayan birisidir. Ötürmələr, çoxlu sayda assistlər. O, qolçu deyil, baxmayaraq ki, saysız-hesabsız qollar vurur. Messi bütün bunlardan üstündür. Mənim üçün dahi oyunçu və qolçu arasında böyük fərq var. Qızıl Top yenidən Messiyə qayıtmalıdır, başqa hər hansı müzakirə ola da bilməz".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər