Daha bir futbolçu "Simurq"dan ayrılıb. Fanat.az хəbər verir ki, "Şerif"dən icarəyə götürülən Marko Stanoyeviç klubu tərk edib.
Serbiyalı yarımmüdafiəçi artıq vətəninə yollanıb. Müqavilə ilə "Şerif"ə məхsus olan Markonun klubdan şikayət edib-etməyəcəyi bilinmir.
Qeyd edək ki, ölkəmizə yayda gələn Stanoyeviç "Simurq"un heyətində 32 rəsmi oyuna çıхıb və 6 qol vurub. Ondan əvvəl Benjamin Lambot, Ali Gökdəmir, Patrik Osiako, Stepan Polyak və Cihan Özkara da “Simurq”la yollarını ayırmışdı.
Fanat.az