Daha bir idmançımız olimpiadaya vəsiqə qazandı - FOTO

Daha bir idmançımız olimpiadaya vəsiqə qazandı - FOTO
Daha bir idmançımız 2016-cı il Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Fanat.az Azərbaycan Ginastika Federasiyasının rəsmi saytına istinadən хəbər verir ki, Marina Durunda imza atıb.
O, Almaniyanın Ştutqart şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatında hərəkətlər proqramında heç bir itkiyə yol vermədən məhz 12 dəfə çıxış edib. Zeynep Celep və dünya üzrə yarışların gərgin ab-havasını ilk dəfə hiss edən Ayşən Bayramova ilə birgə, o, komanda hesabı mübarizədə 4 çıxış nümayiş etdirib. Ayşən və Zeynep komanda liderindən nümunə götürərək, nümayiş etdirdikləri çıxışlarının stabilliyində heç də Marinadan geri qalmayıb. Komanda hesabında Azərbaycan ilk "beşliy"ə daxil olub.
Daha bir idmançımız olimpiadaya vəsiqə qazandı - FOTO
Təsnifat mərhələsinin nəticələrinə əsasən, Marina dörd finalın hər birinə vəsiqə qazanıb. O, halqa, gürzlər və lentlə finalda altıncı yerdə öz mövqeyini möhkəmləndirib. Topla hərəkətlərdə isə 7-ci olub.
Nəhayət, Marina Durunda 4 çıxışın nəticələrinə əsasən çoxnövçülük finalında 6-ci yerdə qərarlaşaraq, Rio-de-Janeyro 2016 Olimpiya Oyunlarına lisenziya qazanıb.
Daha bir idmançımız olimpiadaya vəsiqə qazandı - FOTO
Bu, beynəlxalq arenada böyük gimnastlar proqramı ilə çıxış etməyə 2013-cü ildən başlamış Marina Durundanın ilk Olimpiya lisenziyasıdı. O, 3 il müddətində gimnast stabilliyi ilə fərqlənib. Marinanın məhz bu xüsusiyyəti onun üçün Rioya yol açıb.
"Bakı-2015" I Avropa Oyunlarının gümüş medalçısı, 2015-ci ilin Avropa çempionatının bürünc mükafatçısı Marina 5 gün ərzində ilin əsas yarışı - dünya çempionatında da layiqli mübarizə aparıb.
Daha bir idmançımız olimpiadaya vəsiqə qazandı - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər