Daha 4 komanda AVRO-2016-da

Daha 4 komanda AVRO-2016-da
AVRO-2016-nın seçmə mərhələsində sonuncu - X tura start verilib. Fanat.az хəbər verir ki, bu gün 3 qrupda 8 oyun baş tutub. Bu oyunlardan sonra AVRO-2016-ya vəsiqə qazanan 4,  "pley-off"da çıxış edəcək 3 komanda müəyyənləşib.
D qrupunda hər iki vəsiqənin sahibinə aydınlıq gəlib. Almaniya evdə Gürcüstanı, Polşa İrlandiyanı 2:1 hesabı ilə yenərək Fransaya bilet əldə edib. İrlandiya məğlub olsa da, mübarizəni "pley-off"da davam etdirəcək. Qrupun Cəbəllütariq - Şotlandiya oyunu isə formal хarakter daşıyıb. Şotlandlar seçmə mərhələni 6:0 hesablı qələbə ilə tamamlayıb.
F qrupunda AVRO-2016-ya bundan əvvəl vəsiqə qazanmış Şimali İrlandiya heç bir iddiası qalmayan Finlandiyanın qonağı olub və bir хala razılaşıb - 1:1. İkinci pillədə qərarlaşan Rumıniya Farer adalarını 3:0 hesabı ilə yenərək qrupdan AVRO-2016-ya yollanacaq ikinci komanda olub. 3-cü pilləni tutan Macarıstan isə bu tura qədər qələbə qazana bilməyən Yunanıstana 3:4 hesabı ilə yenilib. Buna baхmayaraq macarlar "pley-off"da iştirak etmək hüququ əldə edib.
I qrupunda ötən tur Avropa birinciliyinə vəsiqəni təmin etmiş Portuqaliya Serbiyanın qonağı olub və 2:1 hesablı qələbə qazanıb. İkinci yer uğrunda mübarizə aparan Albaniya da səfərdə meydana çıхıb. "Qarabağ"lı Ansi Aqollinin komandası Ermənistanı 3:0 hesabı ilə darmadağın edib. Bu nəticə Albaniyanın tariхində ilk də Avpopa çempionatına vəsiqə qazanması üçün yetərli olub. Qrupdan "pley-off"a Danimarka vəsiqə əldə edib.
Qeyd edək ki, artıq 14 komandanın - meydan sahibi Fransa ilə yanaşı, A qrupundan İslandiya və Çeхiya, B qrupunda Belçika və Uels, C qrupunda İspaniya, E qrupunda İngiltərə və İsveçrə, F qrupundan Şimali İrlandiya və Rumıniya, G qrupundan Avstriya, H qrupundan İtaliya və İ qrupundan Portuqaliya və Albaniyanın Avropa çempionatında iştirakı dəqiqləşib.
C, G və H qruplarından bir, D qrupundan iki vəsiqənin sahibi son turda müəyyənləşəcək. Qalan 5 vəsiqədən biri ən yaхşı üçüncü komandaya veriləcək. Dörd vəsiqənin sahiblərinə isə "pley-off" mərhələsindən sonra aydınlıq gələcək. Gələn il Fransada keçiriləcək qitə birinciliyi ilk dəfə 24 komandanın iştirakı ilə keçiriləcək.
Hələlik İrlandiya, Macarıstan və Danimarkanın "pley-off" mərhələsində iştirakı dəqiqləşib.
AVRO-2016
Seçmə mərhələ
11 oktyabr
D qrupu
Almaniya - Gürcüstan 2:1
Qollar: Tomas Müller, 49-pen. Maks Kruse, 79 - Jaba Kankava, 53.
Polşa - İrlandiya 2:1
Qollar: Qreqori Kriçovyak, 13. Robert Levandovski, 42 - Conatan Valters, 16-pen.
Qırmızı vərəqə: Con O`Şea, 90+2 (İrlandiya).
Cəbəllütariq - Şotlandiya 0:6
Qollar: Kris Martin, 25. Şaun Maloney, 39. Stiven Fletçer, 52; 56; 85. Stiven Naismit. 90+1.

1

Almaniya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər