UEFA Cüneyt Çakıra daha bir təyinat verib.
Faant.az xəbər verir ki, türkiyəli hakim AÇ 2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Polşa - İrlandiya matçını idarə edəcək.
Ona bu işdə Bahattin Duran, Tarık Onkün yardım edəcək. Əlavə köməkçi hakimlər isə Hüseyn Göçək və Barış Şimçəkdi. 4-cü hakim funksiyasını isə Cem Satman yerinə yetirəcək.
Qeyd edək ki, Çakırın bundan əvvəlki təyinatı Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Malmö" - "Real" matçına idi.
Fanat.az