Almaniyanın III Bundesliqasında XI turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Cihan Özkaranın çıхış etdiyi "Preussen Münster" "Ştutqart Kicker"i qəbul edib.
Oyun meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Cihan Özkara 74-cü dəqiqədə meydana çıхıb.
Bu millimizin III Bundesliqada keçirdiyi 9-cu oyun olub. İndiyədək 300 dəqiqə meydanda olan hücumçu hələ ki, qol vura bilməyib.
Qeyd edək ki, "Preussen Münster" 11 turdan sonra 22 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Fanat.az