Cihan Özkara yenə Almaniyada qol vura bilmədi

Cihan Özkara yenə Almaniyada qol vura bilmədi
Almaniyanın III Bundesliqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Cihan Özkaranın çıхış etdiyi "Preussen Münster" Köln "Fortuna"sını qəbul edib.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Cihan Özkara 66-cı dəqiqədə Filip Roffmannı əvəzləyib.
Bu Cihan Özkaranın Almaniyanın III Bundesliqasında 7-ci oyunu olub. Bu müddətdə 270 dəqiqə oynayan millimizin sabiq hücumçusu hələ qol vura bilməyib.
Qeyd edək ki, "Preussen Münster" 9 turdan sonra 18 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər