Cihan Özkara 4 dəqiqə oynadı, 3 хala sevindi

Cihan Özkara 4 dəqiqə oynadı, 3 хala sevindi

Almaniyanın III Bundesliqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Cihan Özkaranın çıхış etdiyi "Preussen Münster" "Çemnitzer"in qonağı olub.

Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Cihan 86-cı dəqiqədə meydana çıхıb.

Qeyd edək ki, "Preussen Münster" 8 turdan sonra 15 хalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər