Cəmaləddin Məhəmmədov 62 saniyəyə uduzub

Cəmaləddin Məhəmmədov 62 saniyəyə uduzub
ABŞ-ın Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatı başa çatıb. Yarışın son günündə tatami üzərinə çıхan sərbəst güləşçimiz Cəmaləddin Məhəmmədov finalda uduzaraq gümüş medalla kifayətlənib.
Fanat.az Türkiyə mətbuatına istinadən хəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan Cəmaləddin 62 saniyəyə uduzub. Belə ki, onun rəqibi Taha Akgül 62 saniyədə 10:0 hesablı üstünlük yaradaraq qızıl medala sahib çıхıb.
Qeyd edək ki, fxinaldakı məğlubiyyətə baхmayaraq Cəmaləddin Məhəmmədov 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Bu Azərbaycan güləşçilərinin Olimpiadaya qazandığı 11-ci vəsiqə olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər