Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib. Fanat.az хəbər verir ki, yığmamız AVRO-2017-nin seçmə mərhələsində 4-cü matçına çıxıb.
Yaşar Vahabzadənin yetirmələri bu dəfə Avstriyanın qonağı olub. Oyun millimiz üçün rusvayçı hesabla başa çatıb. Belə ki, rəqib 7:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk oyununda Farer adalarına qalib gəlib, ardıcıl iki matçda isə Avstriya (0:2) və Almaniyaya (0:3) yenilib. Komandamız oktyabrın 13-də "Dalğa Arena"da Finlandiyanı qəbul edəcək.
AVRO-2017
Seçmə mərhələ
VII qrup
9 oktyabr
Avstriya - Azərbaycan 7:0
Qollar: Florian Qrillitx, 45+1. Mixael Qreqoriç, 49-pen; 74; 88. Kevin Friesenbixler, 60. Alessandro Şköp, 75. Dominik Vidra, 90+5.
Avstriya: 1. Daniel Baxmann, 4. Lukas Quqanik, 5. Filip Lienhart, 7. Dominik Vidra (k), 8. Alessandro Şköp, 10. Florian Qrilliç (16. Nikola Dovedan, 70), 11. Mixael Qreqoriç, 15. Tarkan Serberst (18. Martin Rasner, 83), 19. Kristof Martsçinko, 20. Kevin Friesenbixler (2. Andreas Qruber, 83), 22. Filip Mvene.
Ehtiyat oyunçular: 12. Markus Kuster, 3. Kristian Şkoyssengeyer, 6. Lukas Yaqer, 9. Filip Poş.
Baş məşqçi: Verner Qreqoritx.
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Elvin Bədəlov (3. Azad Kərimov, 77), 6. Fuad Bayramov (9. Nicat Muxtarov, 68), 7. Taşkın İlter, 11. Kerem Behnke, 15. Cəmil Hacıyev, 16. Elvin Camalov, 19. Məqsəd İsayev, 20. Azər Salahlı (k), 23. Fəhmin Muradbəyli.
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 4. Abbas Hüseynov, 8. Budaq Nəsirov, 13. Tural Hümbətov, 21. Tellur Mütəllimov.
Baş məşqçi: Yaşar Vahabzadə.
Sarı vərəqələr: Rahil Məmmədov, 65. Taşkın İlter, 68. Elvin Bədəlov, 4 - Dominik Vidra, 83.
Qırmızı vərəqə: Şahrudin Məhəmmədəliyev, 90+3.
Hakimlər: Qunnar Yarl Yonsson, Qunnar Qunnarsson, Birkir Siqurdarsson, Torvaldur Arnason (İslandiya).
UEFA nümayəndəsi: Vasko Dojdinovski (Makedoniya).
Hakim-inspektor: Dani Koren (İsrail).
Sankt-Polten. "MV Arena".
| 1. | Avstriya | 3 | 3 | 0 | 0 | 12-3 | 9 |
| 2. | Finlandiya | 2 | 2 | 0 | 0 | 5-0 | 6 |
| 3. | Almaniya | 1 | 1 | 0 | 0 | 3-0 | 3 |
| 4. | Azərbaycan | 4 | 1 | 0 | 3 | 1-11 | 3 |
| 5. | Rusiya | 2 | 0 | 0 | 2 | 3-6 | 0 |
| 6. | Fareradaları | 2 | 0 | 0 | 2 | 0-4 | 0 |
Fanat.az