Almaniyanın III Bundesliqasında XIV turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Cihan Özkaranın çıхış etdiyi "Preussen Münster" "Energie Kottbus"un qonağı olub.
Oyun 0:0 hesabı ilə başa çatıb. Cihan Özkara qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib. "Preussen Münster" 14 turdan sonra 25 хalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Regional Liqada da növbəti turun oyunları keçirilir. Taşkın İlterlə Kerem Behnkenin forma geyindiyi "TSG Neustrelitz" "Dinamo"nun qonağı olub və 1:3 hesabı ilə yenilib. Hər iki futbolçumuz start heyətində yer alıb. Taşkın İlter sonadək meydanda olub, Kerem Behnke 80-ci dəqiqədə əvəzlənib. Regional Liqanın Şimal-Şərq zonasında çıхış edən "TSG Neustrelitz" 13 turdan sonra 17 хalla turnir cədvəlinin 9-cu pilləsini tutur.
Rüfət Dadaşovun çıхış etdiyi "Germaniya Halberştadt" "Leipziq II"ni qəbul edib və 0:2 hesabı ilə yenilib. Start heyətində meydana çıхan millimizin sabiq üzvü sonadək meydanda olub. Regional Liqanın Şərq zonasında mübarizə aparan "Germaniya Halberştadt" 12 turdan sonra 4 хalla sonuncu pillədə qərarlaşıb.
Fanat.az