Biletləri saxtalaşdıranlar və qiymətlərini artıranlar cəzalanacaq - 6000 manat

Biletləri saxtalaşdıranlar və qiymətlərini artıranlar cəzalanacaq - 6000 manat
Azərbaycanda kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması, yaxud müəyyən edilən tariflərdən yüksək qiymətə satılmasına görə tutulan cərimələrin miqdarında dəyişiklik edilir. Fanat.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məccəlləsində dəyişik olunacaq. 
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunan layihəsinə əsasən, qaydaları pozan hüquqi şəxslərdən tutulan cərimənin miqdarı 5000 manatdan 6000 manatadək artırılır. 
Vəzifəli şəxslərin cəriməsi isə azaldılır. Fiziki şəxslərin cəriməsi 2000 deyil, 1500 manat olacaq.  
Dəyişiklik layihəsinə əsasən, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması, yaxud müəyyən edilən tariflərdən yüksək qiymətə satılmasına görə fiziki şəxslər də cərimə olunacaqlar. İnzibati Xətalar Məccəlləsində ediləcək dəyişikliyə əsaəsn fiziki şəxslər 700 manat cərimə ediləcəklər. 
Fiziki şəxslərin cəriməyə cəlb olunması ilk dəfədir tərbiq edilir. Hazırda qüvvədə olan maddə bu sahədə qanunun tələblərini və qaydaları pozan fiziki şəxslərin cərimələnməsini nəzəırdə tutmur. 
Qeyd edək ki, mövcud dəyişiklik Milli Məclisin oktyabrın 20-də keçiriləcək payız sessiyasının son plenar iclasında müzakirə olunacaq. //"Report" 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər