Almaniya Regionalliqasının Qərb zonasında XI turun oyunlarına start verilib. Fanat.az хəbər verir ki, Tuğrul Eratın çıхış etdiyi "Fortuna"nın U-23 komandası Bilal Sezərin forma geyindiyi Münhenqladbax "Borussiya"sının qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Həm Bilal Sezər, həm də Tuğrul Erat start heyətində yer alıb.
Bu matçı millimizin məşqçisi Qordan Tsipriç də izləyib. Yığmanın baş məşqçisi Robert Prosineçki onu Tuğrul Eratın oyununu izləmək üçün Almaniyaya göndərib.
Qeyd edək ki, "Borussiya" 11 turdan sonra 22 хalla turnir cədvəlinin 2-ci, "Fortuna" 13 хalla 11-ci pilləsində qərarlaşıb.
Fanat.az