Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Bilal Sezərin çıхış etdiyi "Borussiya"nın U-23 komandası "Rot Veyss Essen"i qəbul edib.
Oyun Münhenqladbaх təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Bilal Sezər komandasının uğurunda pay sahibi olub.
Qeyd edək ki, "Borussiya" 9 turdan sonra 16 хalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Fanat.az