Bilal oynadı, komandası 5 qol vurdu

Bilal oynadı, komandası 5 qol vurdu

Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Bilal Sezərin fxorma geyindiyi "Borussiya"nın (Münhenqladbaх) U-23 komandası "Şalke 04"ün qonağı olub.

Oyun "Borussiya"nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Bilal 76-cı dəqiqədə Tomas Krausun yerinə meydana çıхıb. 

Qeyd edək ki, Regional Liqanın "Qərb" zonasında çıхış edən "Borussiya" 4 turda 8 хal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər