İtaliyanın dəlisov futbolçusu Mario Balotelli yenə sakit dayanmayıb. Fanat.az хəbər verir ki, "Liverpul"un 20 milyon avroya transfer etdiyi və bu yay "Milan"a icarəyə verdiyi ulduz futbolçu bu dəfə sürət həddini aşıb.
Belə ki, 25 yaşlı ulduz yaşadığı Breşiya şəhərində "Lamborghini" markalı avtomobilini sürət həddinin 50 km//saat olduğu yolda 90 km/saatla sürüb. Bu səbəbdən polislər onu saхlayaraq bölməyə aparıb. Balotelli nə qədər üzr istəsə də, sürücülük vəsiqəsini geri ala bilməyib.

Fanat.az