Gürcüstanın paytaxtı Tbilisidə futbol üzrə Beynəlxalq Media Kuboku keçirilib.
Fanat.Az xəbər verir ki, məşhur şərhçi Kote Maxaradzenin xatirəsinə həsr olunan turnirdə Azərbaycanın idman jurnalistlərindən ibarət millisi də iştirak edib.
Yığma 8 ölkənin yer aldığı tunririn "B" qrupunda Rumıniya, Qazaxıstan və Gürcüstanın ikinci kollektivi ilə üz-üzə gəlib.
Azərbaycanlılar 6 xal toplayaraq qrupdan çıxıb. Gürcüstana 3:2 hesabı ilə uduzan təmsilçimiz finala çıxa bilməsə də, sonda 3-cü yeri tutub.
Qeyd edək ki, turnir bir neçə ildir təşkil olunur. Təmsilçimiz sözügedən turnirə Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Jurnalistləri İB-in dəstəyi ilə qatılıb.