Milli komandanın oyunlarına görə Premyer Liqada yaranmış fasilədən yararlanan AZAL yoхlama oyunu keçirəcək. Fanat.az-ın əldə etdiyi məlumata görə, Şüvəlan klubu I divizion təmsilçisi ilə qarşılaşacaq.
Belə ki, AZAL "Şahdağ"la üz-üzə gələcək. Oyun sentyabrın 2-də Şüvəlandakı "AZAL Arena"da baş tutacaq.
Qeyd edək ki, AZAL-ın rəsmi saytı sentyabrın 2-də "Xəzər Lənkəran", 5-də "Nefxtçi" ilə qarşılaşacaqlarını açıqlamışdı. "Xəzər Lənkəran"la oyun artıq təхirə salınıb.
Fanat.az